“4+4” lotereyasında cekpot 1 000 000 manatı keçdi

“4+4” lotereyasında cekpot 1 000 000 manatı keçdi
İQTİSADİYYAT
14:50 27.11.2025
929

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir. "Azərlotereya"nın çox sevilən tirajlı lotereya oyunu "4+4"-də cekpot nə az, nə çox düz 1 000 000 manatı keçib. 

"4+4” oyununda 20 rəqəm arasından sevdiyiniz 8 rəqəmi seçərək həyatınızı dəyişəcək cekpotu qazanmaq şansına nail ola bilərsiniz. Həftənin 25-ci günü saat 19:45-də keçirilən "4+4” tirajlı lotereyası "Xəzər” TV, eləcə də "Azərlotereya”nın "Youtube "Telegram kanallarında canlı yayımlanır. 

"Azərlotereya” tarixində ilk dəfədir ki, cekpot məbləği 1 000 000 manatı keçib. Daha öncə "4+4” oyununda qazanılmış ən böyük cekpot məbləği 913 072 manat olub. 

Milyonçu olmaq şansını qazanmaq istəyənlər biletləri "Azərlotereya” satış nöqtələri, "Azərpoçt şöbələri, "Misli” məntəqələri, Azerlotereya.comMisli.az saytlarından əldə edə bilərlər.

Oyunçuları sevindirəcək daha bir yenilik var. Belə ki, "Azərlotereya” Instagram sosial şəbəkəsi üzrə "Arzuların bir bilet qədər yaxın!" müsabiqəsinə start verib. Sonda təsadüfi üsulla seçilmiş bir qalibin arzusu gerçəkləşdiriləcək. Müsabiqə 27.12.2025 saat 23:59-dək davam edəcək. Ətraflı birbiletqederyaxin.az saytından məlumat almaq mümkündür.

OXŞAR XƏBƏRLƏR