44 yaşlı kişi öldürüldü - 16 yaşlı yeniyetmə saxlanıldı
SOSİAL
21:28 13.08.2026
126
Avqustun 13-də saat 20 radələrində 1982-ci il təvəllüdlü Şölət Rüstəmlinin Biləsuvar rayonunun Dərvişli kəndi ərazisində kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
AZXEBER.COMxəbər verir ki, münaqişə zəminində baş verən həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.