45 dəqiqə öskürən qadın iflic oldu

DÜNYA
11:07 18.12.2024
138
Britaniyalı jurnalist Cenni Qou öskürək tutmasından sonra iflic olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, Cenni keçirdiyi soyuqdəymədən sonra sağlamlığında yaranan problemlərdən danışıb. Belə ki, xanım jurnalist 45 dəqiqə davam edən öskürək tutmasından sonra huşunu itirib. Təcili olaraq xəstəxanaya çatdırılan Cenni Qounun üzünün sağ nahiyəsində insult olduğu müəyyən edilib.
 
Bir müddət xəstəxanada yatan bədbəxt qadın danışmaqda çətinlik çəkib və demək istədiyini lövhəyə yazıb.
 
Sağaldıqdan sonra sağlamlığına qovuşan Qou insult müalicəsində erkən diaqnozun əhəmiyyətini vurğulayıb.
 
Gülay



OXŞAR XƏBƏRLƏR