Braziliya, Avstraliya və İtaliyadan olan beynəlxalq akademiklər qrupu Çexiyada tapılan daşlaşmış qalıqları tədqiq edərək elm dünyasını təəccübləndirən bir model ortaya çıxarıblar.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, komandanın 70 il əvvəl tapılan kəllə sümüyünə çıxışı olmasa da, bu il Tutankhamunun üzünü yenidən yaratmaq üçün istifadə edilən ölçmələrdən və istinad şəkillərindən istifadə edərək işləyə biliblər.
Kəllə yarıya bölündüyü üçün tədqiqatçılar skelet qalıqlarının iki fərqli insana aid olduğu qənaətinə gəliblər. Lakin bir neçə onilliklər sonra genom ardıcıllığını aparan alimlər belə qənaətə gəliblər ki, kəllə bir nəfərə – 45 min il əvvəl yaşamış qadına məxsusdur.
Tədqiqatçılar onu mağara sisteminin üstündəki təpənin şərəfinə çex dilində "qızıl at” mənasını verən "qadın – Zlatý kůň” adlandırıblar. Onun DNT-sinin sonrakı təhlili qadının genomunda təxminən 3% Neandertal əcdadlarının olduğunu göstərib. Alimlər həmin qadının mümkün görünüşünü bərpa edə biliblər.
Gülay