46 yaşlı qadın bıçaqlandı - Oğlu saxlanıldı

46 yaşlı qadın bıçaqlandı - Oğlu saxlanıldı
HADİSƏ
10:12 07.03.2026
177
Samux sakini bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM xəbər verir ki, Əhmədbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova xəstəxanaya çatdırılıb.

Qadının vəziyyəti orta-ağırdır.

Məlumata görə, 2005-ci il təvəllüdlü Raul Ələkbərov ailə münaqişəsi zəminində anası, Elnurə Ələkbərovanı bıçaqlamaqda şübhəli bilinir. 

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR