460 qram ağırlığında dünyaya gələn körpə 137 günlük mübarizədən sonra həyatda qalıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Mersində 460 qram çəki ilə vaxtından əvvəl doğulan körpə 137 günlük müalicədən sonra salamat qalıb.
Akdeniz rayonunda yaşayan 28 yaşlı Meryem Sevim hamiləliyinin 20-ci həftəsində sancıları səbəbindən xəstəxanaya yerləşdirilib. Hamiləliklə bağlı yüksək qan təzyiqi səbəbiylə körpəsinin zəhərlənmə riski olduğu müəyyən edilən ana reanimasiya şöbəsinə yerləşdirilib.
Erkən doğuş səbəbiylə orqanları inkişaf etmədiyi üçün vaxtından əvvəl doğulan körpə respiratora birləşdirilib. Çətin bir prosesdən sonra orqanlarının inkişafı ilə çəkisi 1950 qram 47 santimetrə çatan körpə həyat mübarizəsində qalib gəlib.
Anası ilə görüşən körpə tibb işçilərinin alqışları ilə xəstəxanadan buraxılıb.
Ayşən