Yay mövsümündə Yaponiyada 47400 nəfəri günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib, onlardan 74 nəfər dünyasını dəyişib.
Təkcə ötən həftə xəstəxanalara günvurma diaqnozu ilə 7 min nəfər gətirilib, 21 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Günvurmaya məruz qalanların 55,9 faizi yaşı 65-dən yuxarı olan vətəndaşlardır.
İyunda Yaponiyada havanın orta aylıq temperaturu 30 dərəcə təşkil edib. İyulda bu rəqəm 35 dərəcəyə qalxıb, bu ay ərzində məktəblilərin idmanla məşğul olan zaman və ya hava gəzintisində kütləvi günvurmaya məruz qalması qeydə alınıb. Bu ay isə ölkə ərazisində havanın hərarəti illik normadan yüksək olub.
Koti prefekturanın Simanto şəhərində rekord dərəcədə isti (41 dərəcə) qeydə alınıb.