48 yaşlı kişi intihara cəhd etdi - Özünü bıçaqladı

48 yaşlı kişi intihara cəhd etdi - Özünü bıçaqladı
SOSİAL
23:35 18.05.2018
8304
Sumqayıtda 48 yaşlı kişi intihara cəhd edib. Hadisə şəhərin 6-cı mikrorayonu ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü İsmayılov Ədalət Məhəmməd oğlu yaşadığı ünvanda bədəninə 5 bıçaq zərbəsi vuraraq özünü öldürməyə cəhd göstərib.

O, yaxınlarının köməkliyi ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb və əməliyyat olunub.

Ə.İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

OXŞAR XƏBƏRLƏR