48 yaşlı kişi körpüdən yıxılıb öldü

48 yaşlı kişi körpüdən yıxılıb öldü
SOSİAL
16:55 06.07.2019
6668
Göyçay sakini Goranboyda körpüdən yıxılıb.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb.

Göyçay sakini, 1971-ci il təvəllüdlü Gülməmmədli Aslan Yolçu oğlu avtomobili ilə hərəkətdə olarkən maşının benzini qurtarıb. O, benzin almaq üçün piyada yaxınlıqdakı yanacaqdoldurma məntəqəsində gedən zaman qaranlıq olduğundan körpüdən yıxılıb. Bədən xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilsə də, onu həyatda saxlamaq mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR