"5-10 ildən sonra məktəblərimizə çox savadlı müəllimlər gələcək"
AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxış edən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O, bildirib ki, ölkə üzrə pedaqoji ixtisaslara qəbul olan abiturientlərin ixtisaslar üzrə orta keçid balı 343 bal olaraq qeyd olunub.
Məleykə Abbaszadə həmçinin qeyd edib ki, yüksək bal toplayan abiturientlərin çoxu pedaqoji ixtisas olaraq Riyaziyyat, Xarici dil və Azərbaycan dili ixtisasını seçiblər:
"Yüksək bal toplayan abituriyentlərin pedaqoji ixtisas olaraq Riyaziyyat, Azərbaycan dili və Xarici dili seçməsi sevindirici haldir. Ürək rahatlığı ilə deyə bilərəm ki, 5-10 ildən sonra məktəblərimizə çox savadlı müəllimlər gələcək".
Məleykə Abbaszadə az bal toplayan abiturientlərin ixtisas seçimi isə texnologiya ixtisasında qeydə alınıb.
Günel Hüseynli










































