"5 ay ərzində 97 tədbir keçirilib" - Nəcəf Novruzov

"5 ay ərzində 97 tədbir keçirilib" - Nəcəf Novruzov
SOSİAL
14:36 01.06.2017
1354
"Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2017-ci ilin 5 ayı (yanvar-may) ərzində 97 tədbir keçirilmiş, tədbirlərdə on min nəfərdən çox uşaq, yeniyetmə və gənc iştirak etmişdir."

Moderator.az xəbər verir ki, bunu Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov deyib.

İdarəsinin rəisi Nəcəf Novruzov qeyd edib ki, Tədbirlər əsasən yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, müxtəlif sahələr üzrə yaradıcı gənclərin üzə çıxarılması, onların asüdə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən uzaqaqlaşdırılmaları üçün seminarların təşkili, intelektual yarışların və müsabiqələrin keçirilməsi, təhsillərinin artırılmaları üçün müxtəlif kursların, həmçinin, kütləvi bədən tərbiyəsi və idmanın inkişafı üçün bir sıra yarış və çempionatlar keçirilmişdir. Bu tədbirlərin təşkili və keçirilməsində zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm.
OXŞAR XƏBƏRLƏR