Azxeber.com portalının “Telegraphg” qəzetinə istinadən verdiyi xəbərə görə, Mian İshak adlı ər, qatıldığı toy məclislərinin birində arvadlarının hücumuna məruz qalıb. Qohumları ilə birlikdə toy məclisinə hücum edən qadınlar, İshakı döyməyə başlayıblar.
Ərini döyən qadınlardan biri, İshakın beşinci dəfə evlənməyə hazırlaşdığını və buna görə döyüldüyünü söyləyib.
Qadınların əlindən alınan İshak, bunun yalan olduğunu və 3 arvadının olduğunu bildirib.