Çinin paytaxtı Pekində baş vermiş olay da möcüzə sayıla bilər.
12-mərtəbəli otelin 5-ci mərtəbəsindəki mənzildə pəncərənin kənarında siqaret çəkən adam qəflətən yıxılıb. 5-ci mərtəbənin pəncərəsindən beton səkiyə düşən adam bir müddət uzanılı qalıb. Baş verənləri binanın giriş qapısının üzərindəki video müşahidə kamerası çəkib. Səkidə uzanılı qalan adam bir müddətdən sonra tərpənməyə başlayıb. O, olaya yığışmış adamlar arasında iki kişinin yardımı ilə ayağa qalxaraq hadisə yerini tərk edib.//milli.az