“5 gündür suyumuz gəlmir” – Sabunçu sakinlərinin problemi – VİDEO
SOSİAL
15:05 24.05.2023
150
ATV Xəbər-in növbəti buraxılışında Sabunçu rayon sakinlərinin problemi işıqlandırılıb.
AZXEBER.COM xəbər verir ki, adı çəkilən ərazidə yaşayan insanlar beş gündür ki, içməli suyun verilmədiyindən şikayətçidirlər.
"5 gündür bura su gəlmir. Bu camaat susuz nə etməlidir? Susuz yaşamaq çətindir burada. Ordan-burdan vedrə ilə su gətiririk. Mağazadan su alırlar, çatdıra bilərlər?”
Sakinlərin sözlərinə əsasən onlar suyun kəsilməsi ilə bağlı heç bir məlumat almadıqlarına görə, öz ehtiyaclarını marketdən aldıqları su ilə təmin edirlər.