AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bağırsağında "kolit" yaranan 29 yaşlı Elif Kesgin Kadıköydəki özəl xəstəxanalardan birində əməliyyat olunub.
Əməliyyatdan sonra həyatı kabusa çevrilən qadın ağrıları ilə bağlı həkiminə müraciət edib. Ancaq həkim bu ağrıların psixoloji olduğunu bildirib.
5 il davam edən dəhşətli ağrılardan qurtula bilməyən Elif evinin yaxınlığındakı dövlət xəstəxanasına müraciət edib.
Həkim müayinəsindən sonra Elifin ağırsağında oksidləşmiş 5 kvadrat santimetrlik iynə ucunu unutduğu müəyyən edilib.
Vəziyyətə təcili müdaxilə lazım olduğunu bildirən dövlət xəstəxanasının həkimi Kesgini əməliyyat edən həkimə yönləndirilsə də həkim ona 6 aylıq maye qida qəbul etməli olduğunu bildirib.
6 aydan sonra əməliyyat olunanan Elifin həyatını xilas etmək olmayıb.
Kesginin səhhətinə yenə də əhəmiyyət verməyən özəl xəstəxananın həkimi gənc qadını 6 ay maye qida qəbul etməli olduğunu deyərək yenidən evə göndərib.
Kesgin 6 aydan sonra xəstələnib və iyun ayında təcili əməliyyat olunub. Əməliyyatdan sağ çıxa bilməyən bədbəxt qadın dünyasını dəyişib.
Qızının ölümündə həkimi günahlandıran ana ondan prokurorluğa şikayət edib.
Faktla bağlı araşdırma aparılır.
Günel