Azxeber.com portalının Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyada öz evinə yan qonşusunun balkonundan girməyə çalışan adam 5-ci mərtəbədən yerə yıxılıb. Maraqlı olan isə, xəsarət alan adamın yenidən ayağa durub 5-ci mərtəbəyə televizor kabeli ilə qalxması olub. Yaxınlıqdakı insanların köməkliyi ilə adamı, yuxarıdan endirmək mümkün olub. Adı açıqlanmayan bina sakininin, nə üçün belə etməsi hələlik heç kəsə məlum deyil.