5 minə yaxın tibb işçisi küçələrə axışdı

5 minə yaxın tibb işçisi küçələrə axışdı
DÜNYA
12:38 17.12.2012
1626
İspaniyada hökümətin dövlət səhiyyə sisteminin hissəli şəkildə özəlləşdirməsi planları, minlərlə insanı Madrid küçələrinə çıxarıb. Raxoy hökümətinin yeni islahatlarına qarşı kütləvi yürüşdə məhz tibb işçiləri üstünlük təşkil edib. 5 minə yaxın etirazçı, simvolik “ağ” həkim xalatlarında Sibeles meydanında toplaşaraq, mərkəzi küçələrə doğru hərəkət edib. Səhiyyə sisteminin “satılmadığını”deyən aksiya iştirakçıları eyni zamanda sərt büdcə islahatlarına qarşı çıxıb.“Biz Madrid sakinlərinin aldadılmasına səhiyyə sisteminin qarət olunmasına son qoymaq istəyirik.Əks halda, 5-10 ilə İspaniyada paralel şəkildə 2 səhiyyə sistemi mövcud olacaq. Biz sadəcə olaraq hamımıza məxsus olan səhiyyəni qoruyub saxlamaq istəyirik”, - deyə etirazçılardan biri bildirib.İgnasio Qonzalesin başçılıq etdiyi Madrid administrasiyası, sərt iqtisadi islahatların o cümlədən ixtisarların kəskin böhran dövlərində ölkənin səhiyyə sistemini qoruyub saxlamaq məqsədi daşıdığına inandırmağa çalışır.
OXŞAR XƏBƏRLƏR