ARB TV-nin "Açıq pəncərə” proqramının növbəti qonağı xalq artisti Faiq Ağayev olub.
AZXEBER.COM-un məlumatına görə, o, müğənnilərin özlərini mal-mülklə reklam etməsi məsələsinə toxunub:
"İnsan var ev alıb, divar kağızları belə vurulmayıb, amma 2 metrlik televizor alıb. Tanıdığım bir adamın tanışıdır. Döşəməsi yoxdur, həyat yoldaşının, özünün geyimi var, buna pul xərcləmir, gedib özünə borca televizor alır. İnsan yalnız mənəvi cəhətdən kasıb ola bilər. Müğənnilər üçün də eynidir. Deyir ki, ayaqqabımın qiyməti 5 min avrodur. Sən o ayaqqabını geyinməklə Luçano Pavarotti, Madonna, Şövkət Ələkbərova oldun? Sən axı qiraətçisən, oxumağı da bacarmırsan”.