5 nəfərin təcavüz etdiyi 14 yaşlı qız intihar etdi

5 nəfərin təcavüz etdiyi 14 yaşlı qız intihar etdi
DÜNYA
10:51 04.06.2021
1934
Qəbiristanlıqda 5 nəfər tərəfindən cinsi istismara məruz qalan 14 yaşlı qız intihar edib.

AZXEBER.COM xəbər verir ki, hadisə Belçikanın Ghent şəhərində baş verib. Belə ki, 14 yaşlı bir qız oğlan dostu ilə görüşmək üçün qəbiristanlığa gedib. Daha sonra dostu və yanında gətirdiyi 4 nəfər qıza cinsi təcavüz edərək videoya çəkiblər.

Görüntülər sosial mediada yayılandan sonra qız intihar edib.

Hadisə ilə bağlı istintaq aparan polis görüntülər əsasında 5 nəfəri saxlayıb. Təcavüzkarların 14, 15 və 18 yaşlarında şəxslər olduğu müəyyən edilib. Onlar növbəti həftə məhkəmə qarşısına çıxarılacaq.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR