APA-nın xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Şahlar Həsənov və Rəbiyyət Osmanova 15 il müddətinə azadlıqdan məhrum ediliblər.İttihama görə, 2006-cı il təvəllüdlü Sevinc Həsənova yaşadıqları evdə analığı Rəbiyyət Osmanova tərəfindən döyülüb. Atası Şahlar Həsənov saat 22.00 radələrində uşağın yatağında ağlamasına və sakitləşməməsinə görə Sevincin baş nahiyəsinə təpiklə qəsdən bir neçə zərbə vurub. Sevinc aldığı xəsarətlərdən huşunu itirdiyinə görə, onu xəstəxanaya aparıblar. Azyaşlı aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Həsənov Şahlar Cümşüd oğlu və Osmanova Rəbiyyət Osman qızı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddələri ilə ittiham olunurlar.R. Osmanova Rusiya vətəndaşıdır, 1999-cu ildə həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib və 2006-cı ilə qədər məhkumluq həyatı yaşayıb.