5 yaşlı türk qız İngiltərədə serial qəhramanına çevrildi

DÜNYA
16:50 25.07.2013
1781
İngiltərədə yaşayan muğlalı Məhməd Vural Dəmircanın qızı 5 yaşlı Ela May Dəmircan İngiltərənin “Chanel 4” televiziyasında yayımlanan “Hollyoaks” adlı filmdə “Leah Barnes” obrazını canlandırır. 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşaq modelliyi edən Ela, ötən aylarda film üçün hazırlanan seçim turlarına qatılıb. Seçim turuna təxminən 60 nəfərin də qatıldığı gərgin mübarizənin getdiyi anda Ela yaratdığı obraz ilə münsifləri təəccübləndirib. 
Hələ 5 yaşında ailənin qurur mənbəyinə çevrilən balaca Elanın çox zəkalı, gülərüz, hərəkətli uşaq olduğunu deyən Demircan bunları bildirib: “ Həyat yoldaşım, ilk övladımın uşaq modelliyi etdiyini dedikdə çox qəribə qarşıladım. Amma bilirdim ki, qızımın şəkil çəkdirməyə qarşı simpatiyası var. Hər zaman bir-birindən maraqlı pozlar verməyə çalışırdı. Həyat yoldaşım modellik işindən bəhs edərkən “olar” desəm də biraz tərəddüd etdim. Amma onsuzda mən yox desəydim də, heç nə dəyişməyəcəkdi, çünki artıq onlar qeydiyyatdan keçmişdilər. Filmin mövzusu isə çox maraqlıdır. Belə ki, film gənclik dramından bəhs edir. Burada birinin məktəbdən iş dünyasına gedən səyyahətindən, mübahisələrdən, dram və sevgi dolu həyatlardan bəhs olunur. Universitet devrində olan bu gənclər filmin əsas rolunu oynadıqları üçün hadisələrin böyük əksəriyyəti Hollyoaks Community Kolleci və onun ətrafında baş verir.Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR