5 yaşlı uşağı maşın vurdu

5 yaşlı uşağı maşın vurdu
SOSİAL
16:39 15.05.2018
4412
Goranboy rayonunda azyaşlını avtomobil vurub. 

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.
 
Kənd ərazisindəki yolda 2013-cü il təvəllüdlü Quliyev Mayıl Kamil oğlunu maşın vurub.

Xəsarət alan uşaq xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR