5 yaşlı uşaq özünü güllələdi

DÜNYA
12:38 24.06.2013
1467

ABŞ-da 5 yaşlı uşaq təsadüfən tapançadan özünə atəş açaraq dünyasını dəyişib.

AZXEBER.COM CCN-ə istinadən xəbər verir ki, bu barədə yerli polis əməkdaşlarının məlumatında bildirilir.İnsident bazar günü Luiziana ştatının Yeni Orlean şəhərində qeyd alınıb. Mərhumun anası polisə mağazaya gedərkən uşağı evdə qoyduğunu, qayıdanda isə onu yataq otağında başından güllə yarası almış vəziyyətdə gördüyünü bildirib. Qız xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.“İlkin araşdırma göstərir ki, uşaq evdə tək olub, əlinə tapança keçib və bilməyərəkdən başına atəş açıb”, - deyə polisin məlumatında bildirilir.

OXŞAR XƏBƏRLƏR