5 yığma Dünya Çempionatına vəsiqəni təmin etdi

İDMAN
13:36 11.09.2013
1307

DÇ-2014-ün dünən keçirilən seçmə oyunlarından sonra final mərhələsinin daha 5 iştirakçısı bəlli olub. Apasport.az saytının məlumatına görə, bununla da Braziliyadakı yarışın iştirakçılarından aydınlıq gələnlərin ümumi sayı 10-a çatıb.  Avropa zonasında ilk “xoşbəxtlər” İtaliya və Hollandiya milliləri olub. Apenninlilər Çexiyanı 2:1 hesabı ilə məğlub edərək son 2 matçın nəticəsindən asılı olmayaraq B qrupunun qalibi olub. Andorraya 2 cavabsız qol vuran Hollandiya isə D qrupunda ən yaxşı adını rəsmiləşdirib. Meydan sahibi Braziliyadan sonra Cənubi Amerikanın daha bir mundial təmsilçisi müəyyənləşib. Paraqvayı 5:2 hesabı məğlub edən Lionel Messi və yoldaşları son oyunları özləri üçün formallığa çevirib. KONKAKAF zonasında isə 2 vəsiqənin sahibinin adı məlum olub. Meksika üzərində 2:0 hesabı ilə qalib gələn ABŞ Kosta-Rikanın da mundial çıxmasına yardım edib. Sonuncular Yamayka ilə 1:1 hesablı bərabərlik hesabına Braziliyaya vəsiqə qazanıb. Qeyd edək ki, meydan sahibi Braziliya və bu 5 komandadan başqa Yaponiya, Avstraliya, İran və Cənubi Koreya da mundiala vəsiqə qazanıb. 

OXŞAR XƏBƏRLƏR