ABŞ-da 76 yaşlı Ellen Gilland 50 illik ağır xəstə əri Cerri Gillandı xəstəxana otağında silah ilə öldürüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, polislər Gillandı ərinin çarpayısının yanında əlində silahla oturmuş vəziyyətdə tapıblar.
Daha sonra məlum olub ki, cütlük birlikdə intihar planı qurublar, lakin qadın özünü öldürməyə cəsarət etməyib.
Polis rəisi Cakari Yanq deyib: "Cütlük Cerri Gillandın ağır xəstə olduğunu və yaşamaq şansının olmadığını bildiyi üçün hər şeyi həftələr əvvəl planlaşdırmışdılar. Plana görə, qadın əvvəlcə ərini öldürəcək, sonra isə intihar edəcəkdi, lakin bu, uğursuz olub”.
Qadın hazırda həbs olunub, araşdırmalar davam edir.
Ayşən