16 yaşlı qızın narkotik maddə aludəçisi olduğu ortaya çıxıb.
AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin Edirne şəhərində baş verib.
Narkotik maddə ala bilmək üçün bir gündə 150 türk lirəsi (50 manat) müqabilində 7-8 kişi ilə cinsi əlaqəyə girən 16 yaşlı Y.Ç. polisə aparılıb və ondan ifadə alınıb.
Edirne prokurorluğu 5-i saxlanılmaqla, 9 nəfər barəsində fahişəliyə sövq etmə və qadın alveri üçün vasitəçilk etmək, seksual zorakılıq və zorlama maddələri ilə 1-ci Ağır Cəza Məhkəməsində cinayət işi qaldırıb.
Müttəhimlər üçün isə prokuror 2 ildən 22 ilədək cəza istəyib.
Qızın kişilərlə gecə barında tanış olduğu məlum olub. Qız ifadəsində bu yola pul qazanmaq, həmin pulla isə narkotik maddə almaq üçün əl atdığını deyib.
Müttəhimlərdən 3-ü zorlama maddəsi ilə ittiham olunur. Onlar gələn həftə məhkəmə qarşısına çıxacaqlar. Dövlət yetkinlik yaşına çatmayan qızı öz himayəsinə götürüb.
![](/file/pic/xeber/2014-01-15/75341.jpg)
![](/file/pic/xeber/2014-01-15/75342.jpg)