Bu möcüzə çay səhhətinizlə bağlı ən azı 50 problemdə faydalı təsir edəcək. Bütün parazitləri öldürür, toksin və şlakları təmizləyir. İnfeksiyalar, iltihab, xərçəng, beyin və psixoloji problemləri müalicə edir.
AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, çayın tərkibindəki 5 inqridiyent hər biri müalicəvi təsirini göstərir. Əgər bu çayı içməyə öyrəşsəniz, sağlamlığınız ildən-ilə yaxşılaşacaq.
Qanda şəkərin miqdarı tənzimlənəcək, viruslara qarşı dözümlülük artacaq, enerjiniz yüksələcək.
Resepti təqdim edirik:
Tərkibi:
Zəncəfil (təzə kökünü narın edin) - Yarım çay qaşığı
Darçın - yarım çay qaşığı
Sarıkök - çay qaşığının ucunda
Kardamon - 1 çimdik
Su - 500 ml
Bal - 1 çay qaşığı
Hazırlanması:
500 ml su zəif odda qaynadılır. Bura zəncəfil, darçın əlavə edilib, 1-2 dəqiqə saxlanılır. Daha sonra sarıkök, 1 çimdik kardamon qatılıb, qarışdırılır. 5 dəqiqə qaynadılır. Daha sonra süzülür və çaya 1 çay qaşığı bal əlavə edilib içilir.
Hər gün səhər için.