11:44 Bazar Ertəsi, 16 Dekabr 2019
SAĞLAMLIQ

50 yaşından sonra mütləq keçməli olduğunuz müayinə - Utanmağa və qorxmağa səbəb yoxdur

23:45, 21.11.201919724
50 yaşından sonra mütləq keçməli olduğunuz müayinə - Utanmağa və qorxmağa səbəb yoxdur
Hazırda Azərbaycanda bağırsaq xəstəlikləri və onkoloji problemlər artdığından kolonoskopiya kimi bir zamanlar az müraciət olunan diaqnostika növü onkoloq, qastroenteroloq və proktoloqların sevimli müayinəsinə çevrilib.

Çoxları bağırsaqlarındakı problemi gizlədir, çoxları bu müayinə üçün utanır, çoxları heç nə olmaz deyə düşünüb illərlə bağırsaq qanamasından əziyyət çəkir.
Amma cəmi 1 dəfə kolonoskopiya etdirməklə, həm özünüzü, həm həkiminizi rahatlada bilərsiz.

AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, kolonoskopiya da mədəyə zond salınmasına bənzər müayinə metodudur, burda zond anus dəliyindən düz bağırsaqla yeridilir. Əslində ağrısızdır, amma bağırsaqlar bir az köpdüyü üçün təzyiq hissi xəstəni narahat edə bilər. Həm də proses özü həyəcanlı olduğundan xəstəni tam rahat etmək üçün ümumi narkoz, yəni 15 dəqiqəlik yuxuya verməklə bu iş həll olunur.

Kolonoskopiya - yoğun bağırsaq və düz bağırsağın instrumental diaqnostikası və patoloji problemlərin müalicəsi üçün prosedurdur. Burda bağırsağın selikli qişası tam detallı görünür. Zondun ucunda olan kamera görüntünü monitora ötürür və həkim bağırsaqların içini iri planda görür.

Əgər bağırsaqda hər hansı patologoya aşkarlanarsa, o zaman bu manipulyasiyaları yerindəcə etmək imkanı var:

-Poliplər görünərsə, götürülür, ya yandırılır
-Qanaxma varsa, saxlanılır
-Yad nəsə varsa çıxarılır
-Daralma, bitişmə varsa, bərpa olunur
-Şiş varsa, biopsiya materialı götürülür
 

Kolonoskopiyaya göstərişlər:

-Qanaxma
-Poliplər, yeni törəmələrə şübhə
-Onkopatologiya
-Kron xəstəliyi - kəskin iltihab, diareya
-Xoralı kolit
-Xroniki qəbizlik və ishal
-Sürətlə arıqlama
-Qanazlığı
-Subfebril hərarətin uzun müddət qalması

Ümumiyyətlə isə 45-50 yaşdan sonra hər bir şəxsə 2 ildən bir kolonoskopiya etdirmək lazımdır. Əgər nəsildə bağırsaq xərçəngi varsa, bu insanlar yüksək risk altında olduqlarından, ildə 1 dəfə kolonoskopiyadan keçməlidirlər.

Kolonoskopiyaya əvvəldən hazırlaşmaq, həkimin verdiyi işlədici, təmizləyici dərmanları qəbul etmək lazımdır.

Kolonoskopiyaya əks göstərişlər:

-İnfarkt xəstələrinə
-Hamilələrə
-Şəkərli diabetlər
-Kəskin qanaxması olanlara
-Peritonitdə

Kolonoskopiya kifayət qədər ziyansız asan metoddur, amma onu yüksək peşəkar, işində mütəxəssis, klinika şəraitində düzgün icra etməlidir. Avadanlıq müasir və steril olmalıdır.
XƏBƏR LENTİ