50 yaşlı kişi arvadını öldürüb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın paytaxtı Dehli yaxınlığındakı Dharamveer adlı şəxs 50 yaşlı arvadı Sundarini evində qılıncla öldürüb.
50 yaşlı kişinin həyat yoldaşını öldürməsinə səbəb səhər yeməyinə tezdən çay hazırlamaması olub. Hirsi bununla da soyumayan ər daha sonra isə qılıncla həyat yoldaşının başını kəsib.
Polisə ifadə verən 50 yaşlı Dharamveer bildirib ki, səhər oyananda həyat yoldaşından çayın hazır olub olmadığını soruşub. Həyat yoldaşı çayın 10 dəqiqəyə hazır olacağını dedikdə onu öldürdüyünü deyib.
Günel