500 milyon dollara tikilən buz şəhər 2 aya əriyir - FOTOLAR

MARAQLI
16:55 08.07.2024
472
Çinin Harbin şəhərində hər il keçirilən "Buz Festivalı"na" 500 milyon dollar xərcləndiyi açıqlanıb.
 
AZXEBER.COM xarici mətbuata əsasən xəbər veir ki, bu inanılmaz məbləğ yalnız 2 ay davam edəcək və sonra əriyəcək bir buz şəhəri üçün istifadə olunur.
 
Harbin Buz və Qar Festivalı 1985-ci ildən bəri keçirilən və dünyanın ən böyük buz şəhərlərindən biri hesab edilən tədbirdir.

Buz şəhəri təxminən 250.000 kubmetr buzdan istifadə etməklə tikilir. Bu buzlar şəhərdən keçən "Sonqhua" çayından çıxarılır. 
 
Harbin "Buz Şəhəri"ndə ağlınıza gələn hər şey buzdan ibarətdir. İşıqlandırılmış buz heykəlləri, nəhəng buz sürüşmələri və buzdan hazırlanmış digər strukturlar sanki nağıl aləmindən çıxmış kimi görünür.
 
Harbin Buz Festivalı Çinin ən böyük turizm hadisələrindən birinə çevrilib. Festival açılışının ilk 3 günündə 800 milyon dollarlıq inanılmaz gəlir əldə etməklə xərclərini üstələyib. 2 aylıq müddətdə 4,5 milyard dollardan çox mənfəət təmin edir.

İnsanlar bu festivala sadəcə turistik tədbir kimi yox, həm də mədəniyyət və incəsənət hadisəsi kimi yanaşırlar. Festival zamanı bir çox beynəlxalq rəssam və heykəltəraşlar buz və qardan heykəllər hazırlamaqla öz istedadlarını nümayiş etdirirlər.
 
Aysel

 

 

 

 

 

 

 


 



OXŞAR XƏBƏRLƏR