500 milyona yaxın “WhatsApp” istifadəçisinin nömrələri sızdırıldı: bunlara diqqət edin

MARAQLI
11:16 28.11.2022
331
Son aylarda tez-tez məlumat sızması ilə gündəmə gələn ani mesajlaşma tətbiqi "WhatsApp” yeni sızma ilə qarşı-qarşıya qalıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik mütəxəssisləri 487 milyon "WhatsApp” istifadəçisinin telefon nömrəsinin oğurlandığını bildiriblər.

Oğurlanmış nömrələr də tanınmış haker icması vasitəsilə satışa çıxarılıb. İddialara görə, satışdakı məlumatlara daxil edilən istifadəçi məlumatı 84 fərqli ölkədən gəlir.

Sızdırılan telefon nömrələri çox vaxt insanları aldatmaq üçün istifadə olunur. Bu səbəbdən qarşıdakı dövrdə istifadəçilərin tanımadıqları nömrələrdən gələn zəng və smslərə qarşı diqqətli olmaları tövsiyyə olunur.

Aydın

OXŞAR XƏBƏRLƏR