51 yaşlı aktrisa hər kəsin gözü qarşısında həbs olundu - FOTO

51 yaşlı aktrisa hər kəsin gözü qarşısında həbs olundu - FOTO
MAQAZİN
11:30 06.02.2024
317
Aparıcı və keçmiş kino aktrisası Lisa Ann Nyu-Yorkda "Radio City Music Hall"-da komediya ustası Mett Rayfın şousunu izləyərkən salonda həbs olunub.
 
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, o, nəzarətə götürülərkən "mən heç nə etməmişəm” deyə qışqırıb.
 
Sərbəst buraxıldıqdan sonra sosial media hesabında paylaşım edən aktrisa onu saxlayan polislərə səslənib:
 
"Sizə görə səbirsizliklə gözlədiyim şounu qaçırdım".
 
Daha sonra 51 yaşlı aktrisanın polis tərəfindən saxlanılmasının səbəbi də məlum olub. Hadisə yerində olan şəxslərin açıqlamalarına görə o, ətrafdakı izləyiciləri narahat edib, uyğunsuz davranışlar sərgiləyib. Şounu izləyən digər tamaşaçıların müdaxiləsindən sonra polis aktrisanı zaldan kənarlaşdırıb.
 
Aysel


 

OXŞAR XƏBƏRLƏR