19 yaşlı Kortninin dediyinə görə, özündən 34 yaş böyük kişi ilə nikahın "əcaib və qəribə" olduğunu indi anlayır.
Hatçinson ilə 2,5 illik nikahda olmuş Kortni Stodden deyib: "İlk əvvəl bu nikahı normal sayırdım. Amma əsl problem olduğunu sonra anladım. Ərə gedəndə 16 yaşım vardı".
"Celebrity Big Brother" realiti-şousuna qatılmaq üçün Britaniyaya yollanandan sonra orada ərinə və nikahına münasibətinin tam dəyişdiyini vurğulayan Stodden bir müddət əri üçün darıxdığını etiraf edib.
"Lakin sonra darıxmağı unutdum. Ərim qeyri-adi insan deyil. Orta statistik bir kişidir. Londonda olanda azadlığa, müstəqilliyə həsrət qaldığımı anladım. İndi nikahıma uzaqdan baxanda mənə çox qəribə təsir bağışlayır", - K.Stodden söyləyib.(Milli.az)
![](/file/pic/xeber/2013-12-06/78496.jpg)
![](/file/pic/xeber/2013-12-06/78502.jpg)
![](/file/pic/xeber/2013-12-06/78504.jpg)
![](/file/pic/xeber/2013-12-06/78506.jpg)
![](/file/pic/xeber/2013-12-06/78508.jpg)
![](/file/pic/xeber/2013-12-06/78510.jpg)
![](/file/pic/xeber/2013-12-06/78512.jpg)