56 yaşlı əməkar artist Mətanət İsgəndərli sevmək istəyir.
Müğənni bu haqda "ATV maqazin onlarla”ya açıqlamasında deyib. O bildirib ki, yaş artıqca özünü tənha hiss edir:
"Eşqsiz insan necə yaşaya bilər? Sevmək gözəl hisdir. İstəmirəm dərinliyə gedim, Allah nə yazıbsa, o olacaq. Oğlum Kərim məni öldürür ki, ana, sevgidən danışma.
İnsana birdən darıxmaq gəlir... İstəyirsən sənin nazını çəkən, qayğına qalan biri olsun. Yaşa dolduqca ömür-gün yoldaşına ehtiyacın olur”.
///Axşam.az