57 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək

57 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
SOSİAL
12:23 27.02.2025
874
Dövlət İmtahan Mərkəzi martın 2-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

DİM-dən AZXEBER.COM-a verilən məlumata görə, imtahan 35 şəhər və rayonunda təşkil olunacaq.

İmtahanda 57 min 437 şagirdin iştirakı nəzərdə tutulur.

Həmin gün Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa və Laçında (Şəhər 2 №-li tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı baş tutacaq. 

Eyni zamanda martın 2-də tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan iştirakçıları "İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 20-dən etibarən çap edib götürə bilirlər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4292 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə), 242 bina nümayəndəsi ayrılıb.

İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aprelin 27-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
20:05 05.06.2025
Aprelin 27-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
Orban: Ukraynanın Aİ-yə üzvlüyü birliyə 2,5 trilyon avroya başa gələcək
19:49 05.06.2025
Orban: Ukraynanın Aİ-yə üzvlüyü birliyə 2,5 trilyon avroya başa gələcək
Ermənistan Brüsseldəki diplomatik missiyası üçün 4,3 milyon avroya yeni bina alacaq
19:35 05.06.2025
Ermənistan Brüsseldəki diplomatik missiyası üçün 4,3 milyon avroya yeni bina alacaq
Kreml: Putin və Tramp Rusiyaya qarşı sanksiyaları müzakirə etməyiblər
19:21 05.06.2025
Kreml: Putin və Tramp Rusiyaya qarşı sanksiyaları müzakirə etməyiblər
Nazir: Almaniyada hərbçilərin sayı 50-60 min nəfərə qədər artırılmalıdır
19:10 05.06.2025
Nazir: Almaniyada hərbçilərin sayı 50-60 min nəfərə qədər artırılmalıdır
Lebedev: MDB dövlət başçılarının görüşü oktyabrın 10-da Düşənbədə keçiriləcək
18:59 05.06.2025
Lebedev: MDB dövlət başçılarının görüşü oktyabrın 10-da Düşənbədə keçiriləcək
Braziliya millisinin sabiq futbolçusu London klubundan ayrılıb
18:47 05.06.2025
Braziliya millisinin sabiq futbolçusu London klubundan ayrılıb
Ukraynaya yardım 1,3 milyard avroya qədər artırılacaq
18:32 05.06.2025
Ukraynaya yardım 1,3 milyard avroya qədər artırılacaq
Məsud Pezeşkianın Ermənistana səfəri gözlənilir
18:17 05.06.2025
Məsud Pezeşkianın Ermənistana səfəri gözlənilir
Çin və ABŞ liderləri arasında telefon danışığı olub
17:42 05.06.2025
Çin və ABŞ liderləri arasında telefon danışığı olub
Bayramda bölgələrə səfər edəcək sürücülərə - Müraciət
17:32 05.06.2025
Bayramda bölgələrə səfər edəcək sürücülərə - Müraciət
"Yuventus" milli üzvü ilə yeni müqavilə imzalayıb
17:25 05.06.2025
"Yuventus" milli üzvü ilə yeni müqavilə imzalayıb
DİN: Bayram günlərində ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq
17:17 05.06.2025
DİN: Bayram günlərində ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq
Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək
17:02 05.06.2025
Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək
Haqqında həbs qərarı verilən "Survivor" iştirakçısından AÇIQLAMA
16:59 05.06.2025
Haqqında həbs qərarı verilən "Survivor" iştirakçısından AÇIQLAMA
Mirzoyan: İran Prezidentinin İrəvana səfəri gözlənilir
16:59 05.06.2025
Mirzoyan: İran Prezidentinin İrəvana səfəri gözlənilir