İranda yaşayan 58 yaşlı Qulamreza Ərdəşiri adlı şəxs 2006-cı ildən bəri yemək yemədiyini və yalnız qazlı içkilərlə qidalandığını iddia edib.
AZXEBER.COM xəbər verir ki, 17 ildir heç bir şey yemədiyini iddia edən Ərdəşiri qazlı içkilərdən başqa heç bir şey, o cümlədən su içmədiyini bildirib. 58 yaşlı kişi heç bir şey yeməsə də, aclıq və yorğunluq hiss etmədiyini də iddia edir.
Bir qutu qazlı içkini bir qurtumda bitirən adam deyir ki, yaşamaq üçün lazım olan enerjini qazlı içkilərdən alır. Ərdəşiri deyir ki, həkimlərin də məsələ ilə bağlı heç bir fikri yoxdur.
"Qəribə bir hiss keçirdim, sanki ağzımda tükə bənzər əşya var idi. Hiss etdim ki, bu tükün başı ağzımda, ucu isə qarnımdadır və nə etsəm də, onu çıxarmaq qeyri-mümkün idi. Mən bunu həqiqətən təsvir edə bilmirəm, amma dəhşətli bir hiss idi”, - deyə o, açıqlamasında bildirib.
Vəziyyətinin tibbi ekvivalentinin olmadığını deyən Ərdəşiri yemək yeyən zaman boğulduğunu hiss etdiyini deyib:
"Hamı fərqli həkim təklif etdi və xəstəliyimə diaqnoz qoymaq üçün çox səy göstərdilər. Amma heç bir diaqnoz qoyulmadı. Bu hissdən qurtulmaq üçün çox həkimə getdim”.
Ərdəşiri probleminə çarə tapa bilmədiyini söyləyib. O, gündə ən azı 3 litr qazlı su içdiyini və 4 saat yatdığını bildirir.
Ayşən