6 ay əvvəl prorektor təyin olunan şəxsə yeni vəzifə verildi

6 ay əvvəl prorektor təyin olunan şəxsə yeni vəzifə verildi
SOSİAL
13:33 18.03.2026
246
Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) satınalma komissiyasına yeni sədr təyin olunub.

AZXEBER.COM Qaynarinfo-ya istinadla xəbər verir ki, ADHTİ-nin rektoru, tibb elmləri doktoru Nazim Əliyevin müvafiq əmri ilə İnstitutun İnzibati işlər üzrə prorektoru Röyal Süleymanov sözügedən vəzifəyə gətirilib.

Qeyd edək ki, Röyal Süleymanov 2025-ci ilin sentyabrından Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inzibati işlər üzrə prorektoru təyin olunmuşdu.
OXŞAR XƏBƏRLƏR