6 aylıq körpəni zorlayan şəxs iynə ilə edam edildi - FOTO

DÜNYA
12:26 07.05.2013
9735

O, uşağa təcavüz etdikdən sonra körpə həyatını itirib.

AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Amerika Birləşmiş Ştatlarında baş verib.

6 aylıq körpəni zorlayan 46 yaşlı məhkum edam edilib.Məlumata əsasən, hadisə Ohio əyalətində 1998-ci ildə baş verib. Mansfield şəhərində yaşayan rəfiqəsinin Autumn Karter adlı körpəsini zorlayıb onun ölümünə səbəb olan və bu səbəbdən də həbs edilən Stiv Smitin edamı bədəninə zəhərli inyeksiya vurulması yolu ilə həyata keçirilib.Həbsdə olduğu müddətdə Stiv Smit uşağı incitmək fikrində olmadığını bildirib və cəzasının ömürlük həbslə əvəz olunmasını xahiş edib. Xahiş rədd edilib. Edamın həyata keçirilməsinə baxanların arasında olan məhkumun qızı isə atasının bu cinayəti törətmədiyini bildirib.“Məni də, xalam qızlarını da, böyük bacımı da atam böyüdüb. O, bizə qarşı heç vaxt belə seksual təcavüz hərəkətləri etməyib” – Stiv Smitin qızı bildirib.

OXŞAR XƏBƏRLƏR