6-cı mərtəbədən yıxılan 21 yaşlı gənc həyatını itirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Şanlıurfa bölgəsində baş verib.
Belə ki, Mücahit Aslan (21 yaş ) adlı şəxs evinin eyvanında müvazinətini itirərək beton döşəməyə yıxılıb.
Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə təcili yardım və polis qrupları sövq edilib. Təcili yardımın müayinəsindən sonra gəncin öldüyü müəyyən edilib.
Polis hadisə yerində araşdırma apardıqdan sonra Aslanın cəsədi yarılmaq üçün morqa aparılıb.
Oksana