Hadisə Türkiyənin Mərsin şəhərində baş verib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Mərsində 2 şagir onları nizam-intizama tabe olmağa çağıran məktəb müdirini və müəllimi bıçaqlayıblar.
Məktəbin 6-cı sinif şagirdi K.K. ilə məktəbdən qovulan 5-ci sinif şagirdi M.F.A hər gün müntəzəm olaraq məktəbin qarşısında digər şagirdləri narahat etməyə başlayıblar. Bunu görən məktəb rəhbərliyi hər iki uşağı çağıraraq onları danlayıb. Bundan qəzəblənən uşaqlar bıçaq əldə edərək müəllimlərini bıçaqlayıblar.
Xəstəxanadan verilən məlumata görə, hər iki müəllimin vəziyyəti qənaətbəxşdir.
Azyaşlılar həbs edilib.
Faktla bağlı cinayət işi qaldırılıb.