İnformasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyindən 6 dövlət informasiya ehtiyatının fəaliyyəti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dayandırılıb.
AZXEBER.COM Xidmətin rəsmi saytına istinadən xəbər verir ki, aparılan audit yoxlamaları nəticəsində müəyyən edilmiş təhlükəsizlik risklərinin aradan qaldırılmaması səbəbindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin https://ayl.eco.gov.az, Xarici İşlər Nazirliyinin https://aida.mfa.gov.az və https://nakhchivan.mfa.gov.az, Qusar Rayon Gənclər və İdman İdarəsinin https://qusar-gii.gov.az, Gəncə Avtomobil Zavodunun https://ganjaauto.gov.az və İsmayıllı Rayon Bələdiyyəsinin https://ismayilli-bl.gov.az elektron informasiya ehtiyatının fəaliyəti dayandırılıb.
Sözügedən saytlarda infomasiya təhlükəsizliyi üzrə çatışmazlıqlar aidiyyəti qurumlar tərəfindən aradan qaldırıldıqdan sonra onların fəaliyyəti bərpa ediləcəkdir.