6 gün əvvəl batmış gəminin heyətinin axtarışları davam edir

6 gün əvvəl batmış gəminin heyətinin axtarışları davam edir
DÜNYA
15:26 20.02.2024
142
"Batuhan A” yük gəmisindəki digər 5 dənizçinin axtarış-xilasetmə işləri 6-cı gündə də davam edir. 

AZXEBER.COM xəbər verir ki, SAS komandoları və balıqçılar da axtarış işlərində iştirak ediblər.

Fevralın 14-də saat 20:30-da 6 nəfərlik heyət və 1250 ton mərmər tozu yükü ilə Balıkəsirdə Mərmərə adasından Bursanın Gemlik rayonundakı Roda Limanına hərəkət edən "Batuhan A" adlı 69 metr uzunluğundakı yük gəmisi pis hava və dəniz şəraiti səbəbindən batıb.

Baş verənlərdən sonra qrupların axtarışları 6-cı gündə də davam edir.

Gülay
OXŞAR XƏBƏRLƏR