6-cı Beynəlxalq Bariatrik Cərrahiyyə və Metabolik Xəstəliklər konqresi baş tutdu - VİDEO

6-cı Beynəlxalq Bariatrik Cərrahiyyə və Metabolik Xəstəliklər konqresi baş tutdu - VİDEO
SOSİAL
10:42 30.05.2023
1707
27 mayda Bakı Azərbaycan səhiyyəsindəki inkişafı dünyada tanıtmaqda önəmli rol oynayan beynəlxalq tədbirə ev sahibliyi edib.

AZXEBER.COM xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illik Yubileyinə Həsr Olunmuş, 6-cı Beynəlxalq, 2-Xəzəryanı Dövlətlərin, 4-cü Türk dilli Xalqların Bariatrik Cərrahiyyə və Metabolik Xəstəliklər Konqresi, 52-ci Beynəlxalq Bariatrik Klub Simpoziumunda 90-a yaxın xarici və yerli professorların, elm xadimlərinin çıxışları və 500-ə yaxın həkim və rezidentlərin iştirakı ilə yüksək səviyyədə təşkilatçılığı ilə fərqlənən Konqres olub. Dünya şöhrətli Harvard, Oxford, Cərrahpaşa və digər universitetlərin bariatrik metabolik cərrahiyyə üzrə bölüm rəhbərləri, İFSO, İBC prezidentləri, 12 beynəlxalq dərnəkdən, 15 ölkədən konqresə təşrif buyuran elm xadimləri tədbirin nə qədər əhəmiyyətli olduğunu göstərən faktorlardandır. Önəmli məqamlardan biri də, konqresin beynəlxalq qurumlar olan İFSO(Beynəlxalq Bariatrik Federasiya), İBC(Beynəlxalq Bariatrik Klub Simpoziumu) və GLR(Qlobal Laporoskopik & Robotik) tərəfindən təsdiq olunması olub. Həmçinin Konqres Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən 17 DTT balı ilə akkreditasiya olunub. 

Konqresin milli sədri olan, Beynəlxalq Bariatrik Federasiyasının ölkəmizdəki tək rəsmi üzvü, Bariatriya sahəsində beynəlxalq elmi jurnallarda məqalələri dərc olunan, ABMCA (Azərbaycan Bariatrik Metabolik Cərrahiyyə Asossasiyası) sədri olan Tibb Üzrə Fəlsəfə doktoru Dr. Taryel Ömərov tədbir haqqında qısa məlumat verib:

"Ulu Öndərimizin 100 illiyinə Həsr olunmuş beynəlxalq konqresə ev sahibliyi etmək bizlər üçün çox böyük məsuliyyət, eyni zamanda qürürdur. Böyük fəxr hissi ilə qeyd edə bilərik ki, artıq Azərbaycanda da beynəlxalq aləmdə təsdiqlənmiş tibbi elmi konqreslər, tədbirlər yüksək səviyyədə təşkil edilir. Bu eyni zamanda, Cənab Prezident İlham Əliyevin tibb sahəsinə göstərdiyi yüksək qayğının nəticəsidir ki, beynəlxalq tibb aləminə Azərbaycanda icra etdiyimiz cərrahi və qeyri cərrahi müalicə metodikalarının uğurlu nəticələrini xarici qonaqlarımızla paylaşaraq təcrübə mübadiləsi edirik. Xarici mütəxəssislər bu metodikalarla yaxından maraqlanaraq təqdirlə qarşılayır və səhiyyəmizdəki inkişafı müsbət mənada təəccüb ilə qarşılayırlar".

Konqresin beynəlxalq sədrlərindən olan İFSO(Beynəlxalq Bariatrik Federasiyasının prezidenti), Amerikanın tanınmış Harvard Universitetinin fəxri elmi məruzəçisi Professor Skott Şikora da öz təəssüratlarını paylaşıb:

"İlk dəfədir Azərbaycanda bir tibbi elmi konqresdə iştirak edirəm. Təəssüratlarım çox yüksəkdir, istər Bakı, istərsə də konqress haqqında. Əlbət ki, beynəlxalq elmi konqreslərin təşkil olunması asan iş deyil, ama əminliklə demək olar ki, dostumuz Dr.Taryel Ömərov və komandası bunun öhdəsindən çox gözəl gəliblər. Bariatrik cərrahiyyənin beynəlxalq protokollara uygun tətbiq edilməsi və pasiyentlərə daha çox faydalı ola bilmək üçün bu silsilədən olan konqreslər, tədbirlərin əhəmiyyəti əvəzedilməzdir".

Son olaraq, konqres haqqında digər beynəlxalq sədr olan, TOSS(Türkiyə Bariatrik Cərrahiyyəsi Dərnəyi) prezidenti, Professor Mustafa Taşkın öz fikirlərini söyləyib:

"Can Azərbaycan mənim üçün hər anlamda doğma vətəndir. Buraları çox sevirik və qardaşımız Dr. Taryel Ömərovun təşkil etdiyi bütün beynəlxalq  tədbirlərdə oğlum Dr. Halit Eren Taşkınla sevərək və böyük qürurla iştirak edirik. Hər gəlişimizdə istər tibb, istər digər sahələrdə olan inkişaflara gözlərimizlə şahid olmamız isə bizi xoşbəxt edir. Günümüzün qlobal xəstəliklərindən hesab edilən piylənməyə qarşı mübarizədə uğurlu təcrübələri həm paylaşmaq, həm də digər çıxışçılardan dinləmək isə bizlərdə gələcəyimizə dair ümid yaradır. Unutmayaq ki, bütün bu xidmətlər həm Azərbaycan, həm dünya insanına faydalı olmaq üçündür".
 
Qeyd edək ki, konqres Modern Hospitalın təşkilati dəstəyi ilə həyata keçirilmişdir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
18:10 17.03.2026
İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
“Neftçi” və “Qarabağ” 4 gündə iki dəfə üz-üzə gələcəklər
18:00 17.03.2026
“Neftçi” və “Qarabağ” 4 gündə iki dəfə üz-üzə gələcəklər
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
17:53 17.03.2026
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
17:42 17.03.2026
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
17:25 17.03.2026
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
17:23 17.03.2026
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Polşa İrana qoşun göndərməyəcək
16:59 17.03.2026
Polşa İrana qoşun göndərməyəcək
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
16:49 17.03.2026
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR