6 nə­fər Nepal vətəndaşı sərhədi pozmaq istədi

6 nə­fər Nepal vətəndaşı sərhədi pozmaq istədi
SOSİAL
14:32 04.05.2019
3178
Azərbaycan dövlət sərhədini pozmağa cəhd edən 6 nə­fər Nepal vətəndaşının qarşısı alınıb.

AZXEBER.COM Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, mayın 3-də Biləsu­var rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Nepal vətəndaşları 1987-ci il təvəllüdlü Gana Dil Bahadur, 1994-cü il təvəllüdlü Bhote Mimang, 1997-ci il təvəllüdlü Limbu Khim Shambhu, 2000-ci il təvəllüdlü Limbu Sachit, 1987-ci il təvəllüdlü Angdembe Rom Kumar və 1985-ci il təvəllüdlü Gurung Dinesh sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılan şəxslərin 22-25 aprel 2019-cu il tarixlərdə rəsmi qay­dada Qətərdən Doha-Bakı reysi ilə Azərbay­cana gəlmələri müəyyən olunub. Araşdırma zamanı Nepal vətəndaş­ları dövlət sərhədini pozaraq İran İslam Respub­likasına, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildir­iblər.

Fakt üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR