Türkiyədə dəhşətli yol qəzası baş verib. Qumla dolu yük maşını yolda olan iki avtomobilin üzərinə aşıb. Qəzada 6 nəfər ölüb, 3 nəfər yaralanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, qəzada yəyatını itirən şəxslərdən biri olan İpek İktonun acı hekayəsi üzə çıxıb.
İktonun əmisi oğlu olan Emircan Aktanın ötən həftələrdə yol qəzasında həyatını itirdiyi və qəzanın İpek İktonun qurban kəsmək üçün İstanbula gedərkən baş verdiyi məlum olub.
İpek İktonun bacısı oğlu Serhat İkto qəza ilə bağlı bunları danışıb: "Hər dəfə televizorları açanda bir yük maşını hadisəsi, yük maşını qəzası görürük. Onlara təlim keçsinlər. Bir dəfə ziyan gördük. Keçən həftə yol qəzasında əmi oğlumuzu itirdik. İki həftədə iki ağrı. 6 nəfər həyatını itirdi. 6 ailə dağıldı. Bu artıq qəza deyil, faciədir. Xalam kəsdiyimiz qurbanı əmim oğlu üçün aparırdı. Qəzada dünyasını dəyişdi”.
Aydın