6 tələbənin ölümünə səbəb olan sürücü: "Nəqliyyat Departamentinə aylıq 200 manat verirdim"

6 tələbənin ölümünə səbəb olan sürücü: "Nəqliyyat Departamentinə aylıq 200 manat verirdim"
SOSİAL
18:36 04.07.2017
6155

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə qəza zamanı vəfat edən tələbə İbrahim Quliyevin atası Vüqar Quliyev ifadə verib. N.Hüseynovun 6 ailənin həyatını məhv etdiyini deyib və ağlayaraq sürücünü söyüb:

"Ömrümə bir gün də qalsa, səni məhv edəcəyəm. Kasıblıqla övlad böyütmüşdük. Ondan sonra anası yataq xəstəsi oldu”.

Qəzada yaralanan tələbə A.Abbas deyib ki, hər gün maşına 20-25 tələbə minib.

Təqsirləndirilən Namiq Hüseynov deyib ki, həmişə tələbələrə xəbərdarlıq edib: "Deyirdim vaxtında gəlin, gecikməyin. Yolda da sakitliyə riayət etmirdilər. Maşında 14 oturacaq olur, amma əlavə oturacaqlar da quraşdırılıb. Olanları boynumdan ata bilmərəm, bəzi tələbələr ayaq üstə söhbət edə-edə gedirdilər”.

N.Hüseynov artıq sərnişin götürdüyü üçün Nəqliyyat Departamentinə aylıq 200 manat verdiyini deyib. N.Hüseynovun onu tanımayan vəkili Şirin Atayev başqa məhkəmə iclasında vəkil olduğunu deyərək çıxıb getmək istəyib. Hakim isə buna icazə verməyib.

N.Hüseynov vəkilindən imtina etdiyini deyib: "Bu vəkil ötən iclasda da yatmışdı. Görüşə də çağırdım, gəlmədi”. Vəkil Ş.Atayev də N.Hüseynovu müdafiə etmək istəmədiyini deyib. Lakin hakim tərəflərin istəyini nəzərə almayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
15:13 19.06.2025
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
15:10 19.06.2025
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
14:59 19.06.2025
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq
14:47 19.06.2025
Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq