Pakistanda zorla ərə verilən 6 yaşlı qız uşağı xilas edilib. Yerli televiziya kanllarının məlumatına görə, hadisə Pəncab vilayətində olub. Zorla ərə verilən 6 yaşlı Uzma adlı qızı polis elə toy zamanı xilas edib.
Valideynləri qızı 23 yaşlı əmisi oğlu ilə evləndirmək istəyiblər.
Pəncab polisi azyaşlının toyu barədə onlara məlumat daxil olduqdan sonra gizli keçirilən toya basqın etdiklərini bildirib. Əməliyyat zamanı bəy, onun atası və qızın atası saxlanılıb.
Azyaşlının isə heç bir şeydən xəbəri olmadığı, onun çoxsaylı hədiyyələrlə aldadıldığı qeyd edilib.