6 yaşlı ögey qızını divara çırpa-çırpa öldürdü - Dəhşətli cinayətin təfərrüatı

6 yaşlı ögey qızını divara çırpa-çırpa öldürdü - Dəhşətli cinayətin təfərrüatı
SOSİAL
17:39 09.06.2017
9960
Ögey qızını qulağından tutub, divara çırpa-çırpa öldürməkdə təqsirləndirilən 1982-ci il təvəllüdlü  Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə başlayıb.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
 
Söz dövlət ittihamçısı Sabir Abdinova verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
 
İttihama görə, Ağsu sakini Elnar Hacıyev Xırdalanda Samirə Yarıyeva ilə qeyri-rəsmi nikahda yaşayıb. Həm Elnar Hacıyevin, həm də Samirə Yarıyevin əvvəlki nikahlarından bir qızı olub. Onlar ailə kimi bir yerdə yaşayıblar.
 
28 iyul 2016-cı ildə Elnar Hacıyev işdən evə gəlib. Bu zaman o, doğma qızı Həcər Hacıyevaya ləyəndə su gətirməsini tapşırıb. Qızı ləyəndə su gətirib, atası ayağını yuyub. E. Hacıyev ayağını yuduğundan sonra ləyəni ögey qızı olan 6 yaşlı Ramilə Abdulxaliqovaya tapşırıb. 6 yaşlı qız ləyəni qaldıran zaman gücü çatmayıb. Suyu döşəməyə töküb. Bundan əsəbiləşən Elnar Hacıyev 6 yaşlı qıza yumruq və təpik zərbələri endirib. Bununla da kifayətlənməyən Elnar Hacıyev R. Abdulxaliqovanı qulağından qaldırıb evin divarına bir neçə dəfə çırpıb. Bu zaman 6 yaşlı qız huşunu itirib. Bunu görən Elnar Hacıyev qızın üstünə su töküb. Qızın özünə gəlmədiyini görən Elnar Hacıyev onu divana uzadıb. Öz qızı Həcəri Ramilənin yanına qoyaraq tibbi yardım göstərmək üçün aptekə gedib. Lakin 6 yaşlı qız keçinib.
 
Bundan başqa, Elnar Hacıyev qonşuluqda yaşayan Tural Hüseynli ilə iyunun 25-də dava edib. Dava zamanı Tural Hüseynlinin başına və burnuna zərbələr endirib.
 
Elnar Hacıyev Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) maddəsi ilə ittiham verilib.
 
İttihama münasibət bildirən Elnar Hacıyev özünü təqsirli bilməyib.
 
Hakim bildirib ki, məhkəmədə zərərçəkiş şəxsin hüququ varisi iştirak etmədiyinə görə proses iyunun 16-da davam edəcək.
 
Qeyd edək ki,  iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.
 
Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, onun zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.
 
Faktla əlaqədar cinayət işi başlanıb.
 
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnar Hacıyev tutulub.
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hindistan təyyarəsi partlayış təhdidindən sonra təcili eniş edib
18:28 17.06.2025
Hindistan təyyarəsi partlayış təhdidindən sonra təcili eniş edib
İran İsfahanda İsrailə məxsus PUA istehsal edən sex aşkarlayıb
18:19 17.06.2025
İran İsfahanda İsrailə məxsus PUA istehsal edən sex aşkarlayıb
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
17:53 17.06.2025
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
AEBA: Natanz nüvə stansiyasının yeraltı hissəsinə zərbələr endirilib
17:44 17.06.2025
AEBA: Natanz nüvə stansiyasının yeraltı hissəsinə zərbələr endirilib
İordaniya kralı: İsrailin İrana hücumları hamı üçün təhdiddir
17:38 17.06.2025
İordaniya kralı: İsrailin İrana hücumları hamı üçün təhdiddir
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
17:16 17.06.2025
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
17:00 17.06.2025
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
16:32 17.06.2025
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
16:28 17.06.2025
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
16:27 17.06.2025
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
16:20 17.06.2025
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Tanınmış fotoqraf qəfil vəfat etdi
16:17 17.06.2025
Tanınmış fotoqraf qəfil vəfat etdi
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var