6 yaşlı qıza ana işgəncəsi

DÜNYA
12:53 14.01.2014
1167
Yaponiyada 6 yaşlı qızını "tərbiyə etmək" məqsədilə soyunduran və soyuq eyvanda kilidləyən ana həbs olunub.
Milli.Az Sankei Shimbun-a istinadən bildirir ki, Honsyunun Aiçi prefekturasında yaşayan, adı açıqlanmayan 35 yaşlı işsiz ana 6 yaşlı qızını soyundurub, uşağın əllərini bantla bağlayandan sonra soyuq eyvana aparıb və qapını arxadan bağlayıb.
Çılpaq uşaq 3 saat sərasər buz kimi soyuq havada qalıb.
Ana isə böyük qızını da götürərək evi tərk etmişdi.
6 yaşlı uşağı eyvanda soyuqdan göyərmiş vəziyyətdə görən qonşular zavallı qızı xəstəxanaya aparıblar.
Polisin saxladığı ana isə "qızımı tərbiyələndirmək üçün belə etdim" deyib.

OXŞAR XƏBƏRLƏR