6 yaşlı uşaq traktorun altında qaldı - Sabirabadda faciə

6 yaşlı uşaq traktorun altında qaldı - Sabirabadda faciə
SOSİAL
11:27 28.02.2018
2279
Sabirabad rayonunda traktor 6 yaşlı uşağı vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb. Sabirabad rayonunun Moranlı kənd sakini, 2012-ci il təvəllüdlü Əsədli Cəlil Telman oğlu traktorun altında qalaraq ölüb. 

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR